BMT Yaxın Şərqdəki eskalasiyadan narahatdır

BMT Yaxın Şərqdəki eskalasiyadan narahatdır

Tarix: 11 Jun 2026 21:24

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə gərginliyin artmasından ciddi narahatlıq keçirir və tərəfləri atəşkəs rejiminə tam əməl etməyə çağırır.

APA xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Baş katib Yaxın Şərqdə davam edən eskalasiyadan, o cümlədən ABŞ-ın İrana endirdiyi zərbələrdən və İranın Fars körfəzi regionundakı qonşu ölkələrə hücumlarından dərin narahatlıq keçirir”, - deyə Düjarrik bildirib.

Onun sözlərinə görə, Antonio Quterreş tərəfləri atəşkəsə tam riayət etməyə və vəziyyətin daha da pisləşməsinə yol verməməyə çağırır.

Baş katib hesab edir ki, gərginliyin artması münaqişənin tammiqyaslı şəkildə yenidən alovlanmasına və gözlənilməz nəticələrə səbəb ola bilər.

BMT Antonio Quterreş Stefan Düjarrik Yaxın Şərq İran ABŞ

Mənbə: apa.az

Xəbər Lenti