Cümə, 12 İyun, 2026
Tarix: 11 Jun 2026 22:28
Ukrayna hakimiyyəti Rusiya qoşunlarının yaxınlaşması fonunda Kramatorsk şəhərindəki metallurgiya və dəzgahqayırma müəssisələrini ölkənin qərb bölgələrinə köçürür.
Bu barədə "The Economist" jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, müəssisələr Zakarpatye vilayətinin Ujqorod rayonunda yerləşən Pereçin şəhərinə daşınır.
“Yeni Kramatorsk” adlanan layihə çərçivəsində hazırlıq işlərinə hələ 2022-ci ilin əvvəlində başlanılıb və Rusiya qüvvələrinin irəliləməsi ilə proses sürətlənib.
Jurnal qeyd edir ki, artıq 3,5 min işçi ölkənin qərb bölgələrinə köçürülüb.
Ukrayna Kramatorsk
Mənbə: apa.az