Cümə, 12 İyun, 2026
Tarix: 12 Jun 2026 00:10
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin dayandırılmasına dair əldə olunan razılaşmaları bir sıra ölkələrin liderləri ilə müzakirə etdiyini bildirib.
APA xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt liderləri ilə danışdığını, yaxın vaxtlarda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayacağını deyib.
ABŞ prezidenti Pakistanın vasitəçilik səylərini də yüksək qiymətləndirərək, əldə olunan razılaşmaların Yaxın Şərq ölkələri tərəfindən müsbət qarşılandığını vurğulayıb.
Tramp əlavə edib ki, İranla razılaşmalar imzalandıqdan sonra Hörmüz boğazı yenidən açılacaq.
Donald Tramp İran Benyamin Netanyahu Rəcəb Tayyib Ərdoğan
Mənbə: apa.az