KİV: ABŞ Hörmüz boğazı istiqamətində uçan iki İran dronunu vurub

KİV: ABŞ Hörmüz boğazı istiqamətində uçan iki İran dronunu vurub

Tarix: 12 Jun 2026 07:29

ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində hərəkət edən iki İran pilotsuz uçuş aparatını məhv edib.

Bu barədə "Fox News" mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tehran Hörmüz boğazından keçən kommersiya gəmilərinə zərbə endirməyə cəhd göstərib.

Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

ABŞ İran Hörmüz boğazı dron

Mənbə: apa.az

Xəbər Lenti