Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq

Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq

Tarix: 12 Jun 2026 18:29

Rusiya ordusunun “xüsusi hərbi əməliyyat” zonasında hərbçilərinin sayı 700 min nəfərdən çoxdur.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin iştirakçıları ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Rusiya istədiyi qədər sürətli olmasa belə, hər gün tədricən Ukraynada irəliləyir.

Putin qeyd edib ki, Rusiya Ukrayna ordusunun mülki obyektləri hədəf almasının qarşısını almaq üçün cavab zərbələrini artıracaq.

Mənbə: apa.az

Xəbər Lenti