Şənbə, 13 İyun, 2026
Tarix: 13 Jun 2026 11:23
İşğaldan azad edilmiş ərazilərdəki 25 təhsil müəssisəsində "Son zəng" tədbirləri keçirilir. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Gəncədə jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu il 171 məzun məktəbi bitirir. O qeyd edib ki, Böyük qayıdış çərçivəsində növbəti illərdə təhsil müəssisələrinin və şagirdlərin sayı artırılacaq.
Fuad NazimoğluMənbə: apa.az