Bazar ertəsi, 15 İyun, 2026
Tarix: 15 Jun 2026 03:17
“Razılaşmaya əsasən, İrana tətbiq edilən dəniz blokadası dərhal və tamamilə ləğv ediləcək. Livan da daxil olmaqla bütün cəbhələrdə müharibə bu gecədən etibarən dərhal və birdəfəlik dayandırılacaq”.
APA xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Şurasının açıqlamasında deyilir.
Açıqlamada həmçinin ABŞ ilə anlaşma memorandumunun rəsmi olaraq gələn cümə günü imzalanacağı bildirilir.
Bundan başqa yekun razılaşmaya nail olmaq üçün danışıqların ABŞ-ın anlaşma memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirdikdən sonra başlanacağı qeyd olunub.
İran ABŞMənbə: apa.az