- Şənbə, 28 Dekabr, 2024
Tarix: 21.04.2024 14:19
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahan respublikanın 25 şəhər və rayonunda təşkil olunub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanlar 17 binada keçirilib, 4607 şagird iştirak edib.
İmtahanlarda ümumilikdə 59 imtahan rəhbəri, 458 nəzarətçi cəlb olunub, 384 zal ayrılıb.