Bazar ertəsi, 15 İyun, 2026
Tarix: 15 Jun 2026 06:39
Rusiyanın Tula vilayətinə dron hücumu nəticəsində üç nəfər həlak olub, bir uşaq və iki böyük yaralanıb.
APA xəbər verir ki, bu gecə Tulanın yaşayış məntəqələrinə dronlarla zərbə endirib.
Yamnı, Maslovo, Mixalkovo və İnşinski kəndləri vurulub. Şəxsi evlərə və kommersiya obyektlərinə ziyan dəyib.
Bir yaşlı uşaq da daxil olmaqla üç nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Mənbə: apa.az