Bazar ertəsi, 15 İyun, 2026
Tarix: 15 Jun 2026 13:12
“Dünən axşam Amerika Birləşmiş Ştatları ilə İran arasında razılaşmanın əldə olunmasına dair xəbərlər hamımız tərəfindən məmnunluqla qarşılandı. Amma təmkinli gözlənti içindəyik".
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın sosial media hesabında paylaşım edib.
O bildirib ki, qarşıdakı mərhələdə əsas məsələlərin müzakirə olunacağı çətin danışıqlar prosesi gözlənilir.
"Qarşıdakı mərhələdə danışıqlarda əsas məsələlərin müzakirə ediləcəyi, mübahisə olunacağı və razılaşdırılacağı çətin bir proses olacaq”, – deyə Kalın qeyd edib.
MİT rəhbəri bu prosesə dəstək verən ölkələrə təşəkkür edib.
“Başda Pakistan və Qətər olmaqla, bu məsələdə qətiyyət nümayiş etdirən bütün ölkələri və liderlərini təbrik edirik. Ümid edirik ki, bundan sonrakı mərhələ sülhün qurulmasına xidmət edəcək və Yaxın Şərqdə davamlı sülhün təmin olunması üçün mühüm addım olacaq”, – deyə o vurğulayıb.
Dəryanur Cəfərova İbrahim Kalın MİT ABŞ İran danışıqlar
Mənbə: apa.az