Bazar ertəsi, 15 İyun, 2026
Tarix: 15 Jun 2026 19:28
Rusiya Baltikyanı ölkələrə hücum edəcəyi təqdirdə Almaniya Kalininqrad və Sankt-Peterburqa zərbə endirə bilər.
Bu barədə "The Telegraph" qəzetinə müsahibədə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Holger Neumann deyib.
O, Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalını şərh edərkən Almaniya ordusunun hər an döyüşə girməyə hazır olduğunu açıqlayıb.
Almaniya HHQ komandanı Rusiyanın Baltikyanı ölkələrə hücumunun NATO tərəfindən Böyük Britaniya və ya Almaniyaya hücum kimi qəbul ediləcəyini iddia edib.
Almaniya Rusiya Baltikyanı ölkələrə hücum Kalininqrad Sankt-Peterburq
Mənbə: apa.az