Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib

Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib

Tarix: 15 Jun 2026 22:25

Moskva-Naxçıvan marşrutu üzrə uçan sərnişin təyyarəsində qeyri-adi hadisə baş verib.

“Baza” teleqram kanalının məlumatına görə, “Utair” aviaşirkətinə məxsus təyyarə Xəzər dənizi üzərində uçarkən sərnişinlərdən biri qəfil xidmət qapısını açmağa cəhd edib.

Nəticədə bortda siqnalizasiya sistemi işə düşüb. Təyyarə bələdçiləri qadını vaxtında saxlayaraq mümkün təhlükənin qarşısını alıblar.

Daha sonra məlum olub ki, sərnişin tualeti axtararkən qapıları səhv salıb və xidmət qapısını açmağa çalışıb.

Məlumata görə, təyyarə Naxçıvana çata bilməyib. Lakin buna səbəb hadisə deyil, əlverişsiz hava şəraiti olub. Naxçıvan hava limanı reysləri qəbul etmədiyindən hava gəmisi ehtiyat hava limanı kimi Gəncəyə eniş edib.

Naxçıvan Utair Moskva Gəncə təyyarə

Mənbə: apa.az

Xəbər Lenti