Əraqçinin müavini: Qalibaf ABŞ-la sazişin imzalanması mərasimində iştirak edəcək

Əraqçinin müavini: Qalibaf ABŞ-la sazişin imzalanması mərasimində iştirak edəcək

Tarix: 16 Jun 2026 13:38

İran və ABŞ arasında yekun razılaşma üzrə danışıqlar Anlaşma Memorandumunun imzalanmasından dərhal sonra başlayacaq.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, memorandum İsveçrədə imzalandıqdan sonra danışıqların növbəti mərhələsi başlayacaq

Nazirin müavininin sözlərinə görə, ABŞ-ı vitse-prezident Ceyms Devid Vens, İranı isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf təmsil edəcək.

Təxt-Rəvançi qeyd edib ki, memorandum bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin başa çatdırılmasını nəzərdə tutur. O bildirib ki, ABŞ bütün cəbhələrdə müharibənin dayandırılmasını öhdəsinə götürüb və mümkün pozuntuların qarşısının alınması üçün müvafiq mexanizm müəyyənləşdirilib.

İran rəsmisi vurğulayıb ki, memorandum imzalandıqdan sonra nüvə məsələləri üzrə müzakirələr başlayacaq. Təxt-Rəvançi əlavə edib ki, tərəflər hələlik detallı müzakirələrə keçməyiblər, danışıqlarda uranın zənginləşdirilməsi və İranın nüvə ehtiyacları kimi məsələlər də yer alacaq.

Haşim Rahimi Qalibaf Vens İran-ABŞ danışıqları

Mənbə: apa.az

Xəbər Lenti