Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 13:30
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla onun türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar Rusiya XİN-in Qəbullar Evində keçirilir.
Nazirlər əvvəl təkbətək görüşüblər. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.
Lavrov və Fidanın danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılır.
Fərid ƏkbərovMənbə: apa.az