İmişli sakini Gəncədə quyuya düşüb öldü

Tarix: 02 Dec 2023 18:22

Gəncədə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İmişli sakini Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb.

Xəstəxanaya yerləşdirilən 47 yaşlı kişi həkimlərin tibbi müayinəsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Xəbər Lenti