Çərşənbə, 17 İyun, 2026
Tarix: 17 Jun 2026 16:27
Azərbaycanın Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
APA xəbər verir ki, sənətkar özünün sosial şəbəkə hesabında Mehriban Əliyevanın göstərdiyi diqqət, qayğı və müalicəsini şəxsi nəzarətində saxlamasına görə minnətdarlığını ifadə edib.
“Səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.
Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram”, - Xalq artisti qeyd edib.
Xatırladaq ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondu Flora KərimovaMənbə: apa.az