- Şənbə, 28 Dekabr, 2024
Tarix: 23.04.2024 15:17
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
FHN-dən APA-ya verilən xəbərə görə, bu çərçivədə, Xidmət tərəfindən Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya Mərkəzində, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə, Bakı Şəhər Prokurorluğunda, Auditorlar Palatasında, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində, Balakən Rayon İcra Hakimiyyətində və Göyçay Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, faydalı tövsiyələr verilib, suallar cavablandırılıb.