İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir

İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir

Tarix: 18 Jun 2026 14:40

"Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir".

APA xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan tədbirdə deyib.

"Bunun üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək və açıq iqtisadi əlaqələr qurmaq vacibdir”, - o bildirib.

Əl-Casir Azərbaycanın son illər sürətlə inkişaf etdiyini vurğulayıb: "Bu inkişaf göstərir ki, tərəqqi yalnız bir ölkənin təkbaşına edə biləcəyi proses deyil. İnkişaf üçün qonşularla, tərəfdaşlarla və beynəlxalq ictimaiyyətlə əlaqələr qurmaq lazımdır".

İlqar Xudiyev

Mənbə: apa.az

Xəbər Lenti