Azərbaycanda ilk dəfə İslam Sığortası (Takaful) Ekosistemi fəaliyyətə başlayır - FOTO

Tarix: 18 Jun 2026 16:17

Ölkənin sığorta bazarında tarixi yeniliyə imza atılaraq, beynəlxalq standartlara tam uyğun gələn ilk İslam sığortası ekosisteminin rəsmi təqdimatı keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin rəsmi fəaliyyətə başlaması və "Qala Sığorta" ASC ilə strateji tərəfdaşlıq çərçivəsində yaradılan "Təkaful Pəncərəsi" layihəsi elan olunub.

Tədbirdə çıxış edən "Saf Təkaful" şirkətinin direktoru Eyvaz Cəfərli ölkədə alternativ maliyyə alətlərinin inkişafına və azad sahibkarlıq mühitinə göstərdiyi diqqətə görə möhtərəm Prezident İlham Əliyevə, sığorta və maliyyə bazarlarında inklüziv həlləri dəstəklədiyinə görə isə Mərkəzi Bankın sədri Taleh Kazımova və onun komandasına dərin minnətdarlığını ifadə edib.

Təqdim olunan model sadəcə bir sığorta məhsulu deyil, müstəqil Uyğunluq Şurasının (Shari'ah Board) rəsmi nəzarəti altında fəaliyyət göstərən tam bir ekosistemdir. Tətbiq edilən Vəkalə modelinə əsasən, iştirakçıların ödədiyi sığorta haqları fonda daxil olduğu an şəffaf şəkildə iki hissəyə ayrılır:

Vəkalə Haqqı: Sistemin idarə edilməsi, anderraytinq və inzibati xərcləri qarşılamaq üçün operatorun rəsmi xidmət haqqıdır.

Təkaful Fondu: Vəsafətlərin bu əsas hissəsi birbaşa iştirakçıların müştərək mülkiyyəti sayılan İştirakçıların Təkaful Fonduna yönəldilir.

O qeyd edib ki, il ərzində baş verən sığorta hadisələrinin ödənişləri tənzimləndikdən sonra fondda xalis Fond Qalığı (Surplus) yaranır. Ənənəvi sığortadan fərqli olaraq, bu qalıq şirkətin mənfəətinə çevrilmir, iştirakçılara məxsus olur: "Fonddan nağd vəsait çıxarılması qadağandır; yaranan qalıq yalnız əvəzləşdirmə mexanizmi ilə bölüşdürülür. Yəni, sığorta hadisəsi yaşamayan müştərilərin qalıq payı növbəti il sığorta haqlarının ödənilməsində əvəzləşdirilir. Fondda likvidlik kəsiri yarandıqda isə sığortaçı tərəfindən fonda faizsiz borc verilir və növbəti illərdə fond mənfəətə çıxdıqda geri qaytarılır".

Tədbirdə çıxış edən "Qala Sığorta" ASC-nin İdarə Heyətinin sədri Taleh Yunsurov "Saf Təkaful" ilə əməkdaşlığın ölkədə İslam sığortasının inkişafına mühüm töhfə verəcəyini bildirib. O, "Təkaful Pəncərəsi" layihəsinin bazarda yeni imkanlar yaradacağına və tərəfdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

İslam Bankçılığı Sektoru ilə Strateji İnteqrasiya Hazırda İslam bankçılığı ilə bağlı qanunvericilik bazasının hökumətdə müzakirədə olduğunu qeyd edən Eyvaz Cəfərli vurğulayıb ki, islam maliyyəsinin real aktivlərə əsaslanan (asset-backed) təbiətinə görə bu sistem yarandıqdan sonra bankların təkafulsuz fəaliyyət göstərməsi qeyri-mümkün olacaq. Təkaful sistemi bankların prosesdə həm də sığortalı tərəf kimi iştirakına şərait yaradaraq inzibati xərclərin azalmasına xidmət edir.

Şirkət rəhbərliyi vətəndaşları və sahibkarları bu ekosistemdə aktiv fəal olmağa çağırıb. Bildirilib ki, bu kütləvi fəallıq dövlət qurumlarının real tələbatı aydın görməsinə və bu tələbata uyğun olaraq gələcəkdə hüquqi sistemin daha da təkmilləşdirilməsinə birbaşa təkan verəcək.

"Saf Takaful" qısamüddətli kommersiya uğurlarının deyil, Azərbaycanda İslam sığortasının institusional əsaslarını qorumağın və ölkəmizi regionun İslam maliyyəsi mərkəzlərindən birinə çevirməyin hədəfindədir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin mart ayında "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib.

İlahə Səlimova Azərbaycan İslam Sığortası Takaful

Mənbə: apa.az

Xəbər Lenti