Çərşənbə, 22 İyul, 2026
Tarix: 19 Jun 2026 11:30
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Firuzə Vahid Mal gömrük gömrük dəyəri milli valyutaMənbə: apa.az