- Şənbə, 28 Dekabr, 2024
Tarix: 24.04.2024 11:09
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmasını tələb edir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri Mirhəsən Həsənov deyib. O bildirib ki, Metsamor Atom Elektrik Stansiyasında baş verəcək qəza region dövlətlər və bəşəriyyət üçün böyük bir faciə ola bilər:
"Çernobıl faciəsinin 38-ci ildönümü ilə əlaqədar keçirdiyimiz bu tədbirdə biz bütün dünyaya, bəşəriyyətə səslənirik. Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılmalıdır. Biz heç kimdən xahiş etmirik. Bu, tələbdir. Bu, region dövlətləri üçün çox böyük təhlükədir".
O xatırladıb ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvi işlərində iştirak etmiş insanların özləri ilə yanaşı, övladları da bu faciənin əzabını çəkirlər:
"Düzdür, çoz sayda insan bu faciənin qurbanı kimi öz əzab-əziyyətlərini qabartmayıblar. Ailələrinin yaşadığı faciəni təqdim etməkdən belə çəkiniblər. Amma mən bu birliyin rəhbəri olaraq illərdir həmin insanların hansı problemlərlə qarşılaşdıqlarını yaxşı bilirəm. Bu gün atalarının çəkdikləri əzabları öz çiyinlərində çəkməyə məcbur övladlar var".
Mirhəsən Həsənov deyib ki, tədbirin məhz 24 apreldə keçirilməsi təsadüf deyil:
"Ermənilər bu günü qondarma soyqırımı kimi qeyd edirlər. Biz ermənilərə müraciət edirik, istəyirik ki, ermənilər ayılsınlar. Qondarma soyqırımı ilə bağlı tədbir keçirməkdənsə, dəhşətli faciənin qarşısının alınması ilə bağlı tədbirlər görsünlər".