Çərşənbə, 22 İyul, 2026
Tarix: 19 Jun 2026 12:35
Bu ilin ilk beş ayında Gürcüstandan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 926 ədəd minik avtomobili ixrac edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalında dəyər baxımından 38,3%, miqdar baxımından isə 2 dəfəyə yaxın azalma qeydə alınıb. Yanvar-mayda Gürcüstandan ümumilikdə 734,6 milyon ABŞ dolları dəyərində 29 297 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 6,57%-i Azərbaycana istiqamətlənib.
Cəmilə BabayevaMənbə: apa.az