- Şənbə, 28 Dekabr, 2024
Tarix: 25.04.2024 12:17
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Astara şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən” sonra aidiyyəti üzrə təhvil veriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.