Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 21:44
İsrailin hava hücumları Livanın cənubundakı mənzillərə 1,38 milyard dollar birbaşa ziyan vurub.
APA xəbər verir ki, bu barədə BMT-nin "İnkişaf Proqramının “X”-də yayılan hesabatında qeyd olunub.
"İsrailin hücumları nəticəsində Livanın cənubunda 11095 bina tamamilə dağıdılıb, 2242 bina qismən zədələnib, 5219 bina isə kiçik ziyan görüb", - hesabatda deyilir.
Sosial İşlər Nazirliyinin məlumatına görə, Livanda hərbi əməliyyatlar nəticəsində didərgin düşənlərin sayı 963497 nəfərə çatıb ki, bu da ümumi əhalinin 16%-ni təşkil edir.
160.000-dən çox vətəndaş isə tamamilə evsiz qalıb.
İsrail LivanMənbə: apa.az