Çərşənbə axşamı, 23 İyun, 2026
Tarix: 23 Jun 2026 01:15
ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq üçün qlobal iqtisadi böhran və İranda yeni əməliyyatların başlanması riskini götürməyə hazırdır.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Nüvə silahları iqtisadi depressiyadan daha vacibdir. İqtisadi depressiya həqiqətən pisdir. Nüvə silahları daha sürətli depressiyaya səbəb olacaq. Bunu etməyimiz depressiyanın əksinə səbəb olur. Əgər İran razılaşmaya əməl etməsə, onlar özlərini pis aparsalar, mən etməli olduğum şeyi edəcəyəm", - Tramp vurğulayıb.
ABŞ Tramp İranMənbə: apa.az