Çərşənbə axşamı, 23 İyun, 2026
Tarix: 23 Jun 2026 12:24
İranın müdafiə qabiliyyəti heç vaxt heç kimlə müzakirə obyekti olmayacaq.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib.
“İranın müdafiə qabiliyyəti və raket gücü heç vaxt dialoqun bir parçası olmayıb və bu mövzuda heç kimlə müzakirə aparılmayacaq”, - Bəqayi vurğulayıb.
O, ABŞ Maliyyə Nazirliyinin İranın neft və neft məhsullarının ixracı ilə bağlı elan etdiyi 60 günlük icazəyə də münasibət bildirib. Bəqayi qeyd edib ki, 60 günlük icazə elan olunduğu andan etibarən qanuna minib və icra mərhələsinə daxil olub.
XİN sözçüsü İranın azad olunmuş aktivlərinin də rəsmi Tehranın ixtiyarında olduğunu və bu aktivlərdən lazım olan məsələlər üçün istifadə olunacağını əlavə edib.
Toğrul Quluzadə müdafiə qabiliyyəti raket gücü İran danışıqlarMənbə: apa.az