Ukrayna ordusu Kerçdə İES-i vurub, Krımın yarısı işıqsız qalıb

Ukrayna ordusu Kerçdə İES-i vurub, Krımın yarısı işıqsız qalıb

Tarix: 23 Jun 2026 13:40

Bu gün Kerç şəhərində yerləşən istilik elektrik mərkəzinə endirilən zərbə nəticəsində baş verən güclü yanğın Krımın böyük hissəsində elektrik enerjisinin verilişinin kəsilməsinə səbəb olub.

Bu barədə “Krımski Veter” Teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, zərbə Kerçin Arşintsevo rayonunda yerləşən elektrik mərkəzinə endirilib. Hadisədən sonra obyekt ərazisində güclü yanğın başlayıb.

Məlumata əsasən, baş verən hadisə nəticəsində Krımın təxminən yarısı elektrik enerjisiz qalıb.

Krımın dövlət enerji şirkəti “Krımenerqo”nun məlumatına görə, hazırda Yevpatoriya, Saki, Krasnoperekopsk, Cankoy şəhərləri, həmçinin Krasnoperekopsk, Sak, Cankoy və Krasnoqvardeyski rayonları işıqsız qalıb.

“Qəzanın nəticələrinin aradan qaldırılması və bərpa işləri aparılır. Elektrik təchizatının gün ərzində bərpa olunacağı gözlənilir”, – müəssisədən bildirilib.

İlqar Xudiyev Krım Ukrayna Kerç İES

Mənbə: apa.az

Xəbər Lenti