Çərşənbə axşamı, 23 İyun, 2026
Tarix: 23 Jun 2026 15:13
Rusiya xarici işlər naziri Sergey Lavrov Ankoric danışıqlarının Rusiyanı növbəti dəfə aldatmaq hekayəsi olduğunu istisna etməyib.
APA-nın Moskva bürosunun xəbərinə görə, Lavrov bildirib ki, "Alyaska görüşü Kiyevin silahlandırılması üçün vaxt qazanmaq məqsədilə təşkil olunub".
Lavrov Minsk danışıqları kimi, Alyaska sammitinin də Ukraynanın silahlandırılması üçün vaxt qazanmaq məqsədilə təşkil olunduğuna şübhə etmək istəmədiyini vurğulayıb.
"Bu barədə düşünmək belə istəmirəm. Amma əslində hər şey belə oldu”, - Rusiya XİN başçısı qeyd edib.
Fərid ƏkbərovMənbə: apa.az