"Bloomberg": Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər

"Bloomberg": Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər

Tarix: 23 Jun 2026 17:11

Suriya lideri Əhməd Əl Şaraanın Türkiyənin ev sahibliyi edəcəyi NATO sammiti ərəfəsində və ya sammit günlərində Ankaraya səfər edəcəyi gözlənilir.

Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə rəsmiləri iyulun 7-8-də keçiriləcək NATO sammiti zamanı Əhməd Əl Şaraanın digər ərəb liderləri ilə birlikdə tədbirlərdə iştirak etməsi üçün fəal şəkildə çalışır.

Bundan əlavə, sammit çərçivəsində Əl Şaraanın ABŞ Prezidenti Donald Trampla mümkün ikitərəfli görüşü də nəzərdən keçirilir.

İlqar Xudiyev Suriya prezidenti NATO sammiti Türkiyə ABŞ Tramp

Mənbə: apa.az

Xəbər Lenti