Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır

Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır

Tarix: 23 Jun 2026 17:47

Cəbhədə vəziyyət pisləşdikcə, Kiyev Rusiyanın mülki hədəflərinə hücum taktikasını tətbiq edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib.

O, Ukraynanın bir-birinin ardınca ərazi itirdiyini bildirib.

Rusiya Prezidenti qeyd edib ki, Ukrayna mülki hədəflərə zərbə endirmək taktikasını "tətbiq edir", enerji təchizatını pozmağa və turizm mövsümünə təsir göstərməyə çalışır: "Bu təhdidlərin azaldılması vəzifəsi Müdafiə Nazirliyinin və digər təhlükəsizlik orqanlarının üzərinə düşür. Eyni zamanda Rusiya Federasiyası hökuməti də bu cür hərəkətlərin nəticələrini minimuma endirmək üçün lazımi əlavə tədbirlər görməlidir”.

Fərid Əkbərov Rusiya Prezidenti Vladimir Putin

Mənbə: apa.az

Xəbər Lenti