Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

Tarix: 24 Jun 2026 00:16

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanı tənqid edən şəxslərə, o cümlədən öz siyasi müttəfiqlərinə “maariflənməyi” tövsiyə edib.

APA xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatına səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, bu razılaşmanı tənqid edən hər kəs maariflənməlidir, hətta dostlarım belə”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp bu sözləri İranla sazişi tənqid edən Respublikaçı senator Ted Kruz və digər müttəfiqlərinin mövqeyinə münasibət bildirərkən səsləndirib.

“Biz İranla əla saziş bağlayırıq. Bu, ölkəmizin və bütün dünyanın təhlükəsizliyini təmin edəcək bir razılaşmadır. Çünki biz İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyik. İran da bunu bilir və bununla razılaşıb”, – deyə Tramp vurğulayıb.

ABŞ Donald Tramp İran

Mənbə: apa.az

Xəbər Lenti