Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 01:14
ABŞ Senatı administrasiyanı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni qəbul edib.
APA xəbər verir ki, sənədin lehinə 50, əleyhinə isə 48 senator səs verib.
Qətnamədə Prezident Donald Trampa Konqres tərəfindən təsdiqlənməyən və ABŞ-ın müdafiəsi üçün zəruri olmayan hərbi əməliyyatlardan Amerika Silahlı Qüvvələrini geri çəkmək tövsiyə olunur.
Sənəd tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. ABŞ administrasiyası onu nəzərə almaya bilər.
ABŞ Senat İran Donald Tramp
Mənbə: apa.az