Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 03:31
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Venesuelada həyata keçirdiyi hərbi əməliyyatın xərclərini bu ölkənin neft ehtiyatları hesabına artıq 28 dəfədən çox kompensasiya edib.
APA xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatının Allentaun şəhəri yaxınlığında iqtisadiyyatla bağlı çıxışı zamanı danışıb.
“Venesuela. Bir günlük əməliyyat. Bizə bu müharibədə qalib gəlmək üçün cəmi 48 dəqiqə lazım oldu. İndi isə Venesuela ilə yaxşı pul qazanırıq. Onların da işləri yaxşı gedir. Müharibəyə çəkilən xərcləri artıq 28 dəfə, hətta daha çox geri qaytarmışıq. Çünki milyonlarla barel neft çıxarmışıq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və Karakas arasında münasibətlər hazırda yaxşı səviyyədədir.
“Venesuelanı idarə edənlər bizim adamlarımızdır, əla insanlardır”, – deyə Tramp vurğulayıb.
ABŞ Donald Tramp Venesuela
Mənbə: apa.az