Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 02:49
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Airbus A380 tipli 16 sərnişin təyyarəsinin yoxlanılmasını tələb edib.
Bu barədə "Agence France-Presse" məlumat yayıb.
Məlumata görə, yoxlamalara səbəb təyyarələrdən birinin qanad konstruksiyalarında çatların aşkar olunması olub.
Yoxlanılmalı təyyarələrdən 15-i Emirates, biri isə Avstraliyanın Qantas aviaşirkətinə məxsusdur. EASA Emirates-ə məxsus beş təyyarənin növbəti uçuşdan əvvəl təcili yoxlanılmasını tələb edib.
Airbus şirkətinin açıqlamasına görə, aşkar edilən çatlar qanadın konstruktiv bütövlüyünə təhlükə yarada bilər.
Airbus A380
Mənbə: apa.az