Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 06:46
Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarında yeni mərhələlərin açılmasına yenidən mane olub.
Bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Budapeşt iyul ayında yeni danışıqlar klasterlərinin açılmasını dəstəkləyən və Avropa Komissiyası ilə Avropa Şurasına göndərilməsi nəzərdə tutulan məktuba imza atmaqdan imtina edib.
“Macarıstan bu qərara qarşı çıxan yeganə Aİ üzvü olub”, – deyə nəşr mənbələrə istinadən bildirib.
Bununla belə, qərarın növbəti həftə yenidən müzakirəyə çıxarılacağı qeyd edilir.
Politico xatırladır ki, 18-19 iyun tarixlərində keçirilən Aİ sammitində də məhz Macarıstan yekun bəyanatdan Ukrayna və Moldova ilə növbəti mərhələ danışıqlarının “mümkün qədər tez” başlamasına dair ifadənin çıxarılmasına nail olmuşdu.
Budapeşt Ukraynada yaşayan macar azlığının hüquqlarının pozulduğunu iddia edir. Moldovaya qarşı isə hər hansı iradı yoxdur. Lakin Aİ-nin genişlənmə qaydalarına əsasən, Ukrayna və Moldova eyni genişlənmə paketində yer aldıqları üçün bütün mərhələləri sinxron şəkildə keçməlidirlər.
Macarıstan Ukrayna Moldova Avropa İttifaqıMənbə: apa.az