Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 07:56
Polşanın Baş naziri Donald Tusk bildirib ki, iyunun 25-26-da Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpasına dair beynəlxalq konfrans Vladimir Zelenskinin iştirakı olmadan daha konstruktiv keçə bilər.
APA xəbər verir ki, Tusk bu barədə Vişeqrad Qrupu sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
“Şəxsən mən Zelenskinin iştirak etməməsindən məyus deyiləm. Mənim fikrimcə, bu, konfransın daha səmərəli keçirilməsi deməkdir və əlavə gərginliyin qarşısını alacaq”, – deyə o bildirib.
Tusk Zelenskinin tədbirdə iştirakdan imtinasını “gərginliyin azaldılması istiqamətində atılmış addım” kimi qiymətləndirib.
Donald Tusk Zelenski Ukrayna Polşa
Mənbə: apa.az