Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB

Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB

Tarix: 24 Jun 2026 11:49

Krımın bir hissəsi elektrik enerjisiz qalıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Krımenergo” məlumat yayıb.

Bildirilib ki, elektrik şəbəkəsindəki nasazlıq səbəbindən Simferopol, Yalta, Aluşta, Yevpatoriya, Saki və Cankoyda, eləcə də Saki, Baxçasaray, Beloqorsk və Krasnoqvardeyski rayonlarında elektrik kəsilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində Sevastopol da elektrik enerjisiz qalıb.

***

09.42

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Sevastopol şəhəri müvəqqəti olaraq elektrik enerjisiz qalıb.

APA-nın xəbərinə görə, Sevastopolun qubernatoru Mixail Razvojayev özünün “Telegram” kanalında yazıb ki, enerji infrastrukturuna hücum nəticəsində şəhərin elektrik enerjisi kəsilib.

Qubernator qeyd edib ki, obyektlərdə xüsusi rejim tətbiq edilib, mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası üçün tədbirlər görür.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın regionları, eyni zamanda Azov dənizi və Qara dəniz üzərində ötən gecə 320-dən çox Ukrayna dronunun vurulduğu barədə məlumat yayıb.

Fərid Əkbərov Ukrayna hücum Sevastopol

Mənbə: apa.az

Xəbər Lenti