Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 14:29
İsrail ən kiçik sülh ehtimalına belə dözmür.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın iclasında deyib.
“İndi daha həssas yanaşma tələb edən bir prosesin içərisindəyik. İsrailin ən kiçik sülh ehtimalına belə dözmədiyini bilirik. Son 10 gündür razılaşmanı pozmaq üçün əlindən gələni edir. Bölgəmizə sülh gələcəksə, İsrailə rəğmən gələcək”, - Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan vurğulayıb ki, İran böhranının davamlı həllinə nail olmaq üçün bütün mümkün dəstəyi göstərəcəklər.
Dəryanur Cəfərova Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanMənbə: apa.az