“Reuters”: Vaşinqtonda Livan ərazilərinin qaytarılması ilə bağlı pilot layihə müzakirə edilir

“Reuters”: Vaşinqtonda Livan ərazilərinin qaytarılması ilə bağlı pilot layihə müzakirə edilir

Tarix: 24 Jun 2026 16:32

İsrail və Livan rəsmiləri Vaşinqtonda danışıqlar zamanı ABŞ-ın İsrail ordusunun bəzi Livan ərazilərindən geri çəkilməsinə dair yeni təklifini müzakirə edirlər.

Bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Təklifə əsasən, İsrail ordusu “Hizbullah”la müharibə zamanı nəzarətə götürdüyü bəzi ərazilərdən geri çəkiləcək və həmin ərazilər Livan ordusunun nəzarətinə veriləcək.

Hər iki tərəfdən olan rəsmilərin sözlərinə görə, söhbət ilkin mərhələdə pilot layihə kimi həyata keçirilə biləcək mexanizmdən gedir.

Məlumata görə, bu təşəbbüs İsrail-Livan danışıqlarının son raundunda müzakirə olunur.

İlqar Xudiyev İsrail-Livan danışıqları ABŞ Vaşinqton Hizubllah

Mənbə: apa.az

Xəbər Lenti