Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 17:54
Suriyanın şimal-qərbində hava zərbəsi nəticəsində İŞİD-in yüksək vəzifəli liderlərindən biri öldürülüb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” səhifəsində məlumat yayıb.
CENTCOM-un məlumatına görə, iyunun 19-da həyata keçirilən dəqiq hava əməliyyatı zamanı Əli Hüseyn əl-Üləvi məhv edilib.
Bildirilib ki, əməliyyat ABŞ-ın amerikalılara və ABŞ ərazisinə qarşı hücumlar planlaşdıran terrorçuların fəaliyyətinin pozulması və zərərsizləşdirilməsi istiqamətində davam edən səylərinin bir hissəsidir.
CENTCOM qeyd edib ki, ABŞ qüvvələri regiondakı tərəfdaşları ilə birlikdə İŞİD-in qalıqlarına qarşı əməliyyatları davam etdirir.
“CENTCOM və tərəfdaşlarımız İŞİD-in qalan elementlərini tamamilə aradan qaldıraraq təşkilatın davamlı məğlubiyyətini təmin etmək öhdəliyinə sadiqdir. Biz ABŞ ərazisini, hərbçilərimizi, eləcə də regiondakı müttəfiq və tərəfdaşlarımızı qorumağa davam edəcəyik”, – CENTCOM-un komandanı admiral Bred Kuper bildirib.
İlqar Xudiyev CENTCOM İŞİD liderlərinin öldürülməsi Suriya
Mənbə: apa.az