Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 20:42
ABŞ iki gəmini, iki hüquqi şəxsi və iş adamı Vladimir Potaninin oğlu da daxil olmaqla yeddi şəxsi Rusiya ilə əlaqəli sanksiya siyahılarından çıxarıb.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya vətəndaşları German Belous, Mixail Klyukin, İrina Kremleva, Viktor Nikolaev, Nadiya Çerkasova, İvan Potanin və Maksim Smirnov ilə bağlı məhdudiyyətlər ləğv olunur.
Bundan əlavə, "Vyaçeslav Arşinov" və "Gennadi Eqorov" gəmiləri də sanksiya siyahılarından çıxarılır.
Nazirlik məsələ ilə bağlı əlavə heç bir açıqlama verməyib.
ABŞ sanksiyaMənbə: apa.az