İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib

İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib

Tarix: 24 Jun 2026 21:31

“Heç kim belə bəyanatlara aldanmayacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dövlət katibi Marko Rubionun "X" sosial şəbəkəsindəki açıqlamasına münasibət bildirərkən deyib.

“Heç kim belə bəyanatlara aldanmayacaq. Regionumuzda həqiqi sülh ABŞ-ın hərbiləşdirmə və müdaxilə siyasəti davam etdiyi, onun himayəsində olan işğalçı qüvvə tam cəzasızlıq şəraitində bölgəyə sonsuz müharibələr sırıdığı, soyqırımı və digər ağır cinayətlər törətdiyi müddətcə mümkün olmayacaq”, - Bəqai bildirib.

Qeyd edək ki, Marko Rubio bəyanatında müqavimət qrupları ilə bağlı məsələlərin İran və ABŞ arasında İslamabad memorandumunun bir hissəsi olduğunu iddia edib.

Haşim Rahimi Bəqai iran ABŞ Rubio

Mənbə: apa.az

Xəbər Lenti