Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 20:47
22 iyun tarixindən etibarən Belarusda ruslara Ukraynadakı hədəflərə "Şahed" raketlərini yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti dayandırılıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
"Onların sökülüb-sökülmədiyini, düzünü desəm, hələ bilmirəm. Amma biz bunun üzərində işləyirik və vəziyyəti çox yaxından izləyir, gündəlik hesabatlar alıram. Fakt budur ki, retranslyatorlar hazırda işləmir", - Zelenski bildirib.
Qeyd edək ki, 19 iyun tarixində Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyətinin dayandırılması üçün bir həftə vaxt verib.
Zelenski Ukrayna BelarusMənbə: apa.az