Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir

Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir

Tarix: 25 Jun 2026 03:56

Vaşinqton administrasiyası Türkiyəyə F-35 qırıcı təyyarələrinin verilməsini nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

"Bilirəm ki, Pit Heqset və bütün komandası hazırda bu məsələni nəzərdən keçirir. Çünki ABŞ qanunlarına uyğunluq üçün təsdiqlənməli olan müəyyən şeylər var. Prezident bizə bunu etməyi tapşırıb. Bu, mahiyyət etibarilə Konqresin məsələsidir. Söhbət Türkiyənin F-35-ləri ala bilməsi üçün Amerika qanunlarına uyğun olub-olmamasından gedir. Biz bunun üzərində işləyəcəyik", - Vens bildirib.

Vens ABŞ Türkiyə F35

Mənbə: apa.az

Xəbər Lenti