Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 07:26
ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri Türkiyə prezidenti Recep Tayyip Ərdoğana duyduğu hörmətdir.
APA xəbər verir ki, o, Ərdoğanı güclü lider adlandıraraq, Türkiyə ilə münasibətlərə önəm verdiyini vurğulayıb.
Tramp həmçinin NATO daxilində müttəfiqlik münasibətlərinin qorunmasının vacibliyindən danışıb.
Xəbərdə o da qeyd olunur ki, 7-8 iyul tarixlərində keçiriləcək Ankara NATO sammiti çərçivəsində Tramp və Ərdoğan arasında ikitərəfli görüşün baş tutacağı gözlənilir.
Tramp ƏrdoğanMənbə: apa.az