Aİ Ukraynaya 90 mlrd. avroluq kredit çərçivəsində ilk tranşın köçürülməsinə başlayıb

Aİ Ukraynaya 90 mlrd. avroluq kredit çərçivəsində ilk tranşın köçürülməsinə başlayıb

Tarix: 25 Jun 2026 13:30

Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit proqramı çərçivəsində 3,2 milyard avro məbləğində ilk tranşın köçürülməsinə başlayıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynanın Bərpası üzrə Konfransda çıxışı zamanı məlumat verib.

“Ötən il ərzində biz Ukraynanın iqtisadi təməllərini gücləndirdik. Onun Avropa yolunda irəliləyişinə dəstək verdik və inkişaf üçün yeni imkanlar yaratdıq. İndi Ukraynaya investisiya qoymağın vaxtıdır”, – Avropa Komissiyasının Prezidenti bildirib.

Aİ-nin 90 milyard avroluq dəstək paketi Ukraynanın 2026–2027-ci illərdəki büdcə və müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə yönəlib. Proqram çərçivəsində vəsaitlərin bir hissəsi makromaliyyə dəstəyinə, digər hissəsi isə müdafiə sənayesinin gücləndirilməsinə ayrılacaq.

İlqar Xudiyev Von der Leyen Aİ Ukrayna 90 mlrd. avroluq kredit

Mənbə: apa.az

Xəbər Lenti