"Reuters": İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib

"Reuters": İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib

Tarix: 25 Jun 2026 13:26

İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib.

Bu barədə anonim ABŞ rəsmisi “Reuters”ə bildirib.

Onun sözlərinə görə, həmin ərazilərə Livan ordusu daxil olacaq.

Mənbə dəqiq olaraq hansı bölgələrin İsrail qüvvələri tərəfindən boşaldıldığını deməyib.

“İsrail bufer zonanın bir hissəsində çıxmaqla konkret addım atıb. Bu, Livanın legitim hökumətinə qarşı atılmış bir xoşməramlı addımdır. İndi Livan ordusu bu ərazilərə girməli və oranı terror infrastrukturundan təmizləməlidir”, - qeyd edilib.

Mənbə bildirib ki, bu, Livanın cənubundakı bütün bölgələrdə bir model olacaq və əhalinin həmin yerlərə təhlükəsiz şəkildə qayıtmasına gətirib çıxaracaq.

Toğrul Quluzadə İsrail Livan bufer zona

Mənbə: apa.az

Xəbər Lenti