Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 14:34
Fransa Hərbi Dəniz Qüvvələri Siciliya sahillərində üzən “Deliver” tankerini dəniz hüququnun pozulması səbəbindən saxlayıb.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında yazıb.
“Fransa Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı Siciliya sahillərində hərəkət edən “Deliver” tankerini dəniz hüququnun pozulmasına görə saxlayıb. “Kölgə donanması”na qarşı bu son əməliyyat Böyük Britaniyanın bir neçə gün əvvəl həyata keçirdiyi oxşar addımdan sonra Avropa ölkələrinin qətiyyətini nümayiş etdirir”, – Makron bildirib.
Fransa lideri vurğulayıb ki, Avropa Rusiyanın sanksiyalardan yayınmaq və müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”na qarşı mübarizəni davam etdirəcək.
“Biz “kölgə donanması”nın sanksiyalardan yayınmasına və Rusiyanın hərbi səylərini maliyyələşdirməsinə imkan verməyəcəyik. Avropa qətiyyətlidir. Ukraynada möhkəm və davamlı sülhün yaranmasına şərait yaratmaq və Rusiya üçün müharibənin baha başa gəlməsi məqsədilə bütün zəruri addımları atacaq”, – Makron qeyd edib.
Məlumata görə, saxlanılan “Deliver” tankeri Rusiyanın Primorsk limanından yola çıxıb.
İlqar Xudiyev Makron Kölgə donanması tankerin saxlanılması Siciliya Fransa RusiyaMənbə: apa.az