Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 14:47
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusun Rusiya dronlarının Ukraynaya zərbə endirməsinə imkan verən retranslyatorları söndürdüyü barədə açıqlamasına münasibət bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov retranslyatorlarla bağlı onda belə bir məlumatın olmadığını deyib.
“Retranslyatorların işi müvafiq qurumların səlahiyyətindədir. Düşünürəm ki, bu məsələ ilə bağlı suallarınızı Kiyevdəki Zelenskiyə deyil, yəqin ki, Minskə ünvanlaya bilərsiniz. Onlar sizə orada cavab verəcəklər”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, 19 iyun tarixində Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyətinin dayandırılması üçün bir həftə vaxt verib. Ötən gün isə Zelenski deyib ki, 22 iyun tarixindən etibarən Belarusda ruslara Ukraynadakı hədəflərə "Şahed"ləri yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti dayandırılıb.
Fərid Əkbərov Rusiya Prezidenti Dmitri Peskov Zelenski LukaşenkoMənbə: apa.az