Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır

Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır

Tarix: 25 Jun 2026 16:59

İranın “Hizbullah”, husilər və HAMAS da daxil olmaqla dövlətə bağlı olmayan silahlı qruplara verdiyi dəstək İranla imzalanması nəzərdə tutulan memorandum çərçivəsində müzakirə edilməlidir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreyndə jurnalistlərə açıqlamasında deyib.

Rubio qeyd edib ki, memorandum regional sülhü, eləcə də müstəqil dövlətlərin suverenliyinə və maraqlarına müdaxilə edilməməsini nəzərdə tutur.

“Şübhə yoxdur ki, bu məsələ müzakirə edilməlidir. Çünki İran tərəfindən maliyyələşdirilən və suveren dövlətlərin sərhədləri daxilində fəaliyyət göstərən qeyri-dövlət silahlı qruplar mövcud olduğu müddətdə regionda sülh və sabitlik mümkün olmayacaq”, – Rubio bildirib.

İlqar Xudiyev Rubio ABŞ-İran danışıqları Hizbullah Hamas

Mənbə: apa.az

Xəbər Lenti